- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:10 Issue:1 - Azerbaycan Halkının Milli Lideri Haydar Alirza OÄlu Aliyev'in DoÄumunun 100. Yılı Special Issue
- Heydər Əliyev İrsində Müasir Azərbaycan Tarixinin Dəyərləndirilməsi
Heydər Əliyev İrsində Müasir Azərbaycan Tarixinin Dəyərləndirilməsi
Authors : əfşan ŞƏFİYEVA
Pages : 270-281
View : 18 | Download : 33
Publication Date : 2023-08-26
Article Type : Research Paper
Abstract :Azərbaycanın görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin xalqı və dövləti qarşısında xidmətləri əvəzedilməzdir. İstər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycan Respublikasının siyasi, iqtisadi, sosial və mədəni inkişafı üçün böyük fəaliyyət göstərmiş Heydər Əliyevin dövlətçilik siyasətinin ana xəttini Azərbaycançılıq ideyası təşkil etmiş, bu ideyanın əsasında isə milli dəyərlərin qorunub saxlanması, Azərbaycan tarixinin və mədəniyyətinin öyrənilməsi və təbliği məsələləri durmuşdur. Məqalədə Ümummilli lider Heydər Əliyevin siyasi və dövlətçilik irsində milli dəyərlərin və Azərbaycan tarixinin yeri müəyyən edilir, bu istiqamətdə görkəmli dövlət xadiminin fəaliyyətinin başlıca istiqamətləri göstərilir. Azərbaycanın XX əsr tarixinin mühüm məsələlərinin müəyyən edilərək öyrənilməsi sahəsində Heydər Əliyevin şəxsi təşəbbüsü və konseptual məsələlərlə bağlı fikirlərinə xüsusi diqqət yetirilir. Məqalədə, həmçinin Azərbaycançılıq ideyasının Azərbaycanın dövlətçilik tarixindəki yeri də müəyyən edilir.Keywords : milli məfkurə, milli dəyərlər, müstəqillik tarixi, Azərbaycan tarixi konsepsiyası