- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:10 Issue:1 - Azerbaycan Halkının Milli Lideri Haydar Alirza OÄlu Aliyev'in DoÄumunun 100. Yılı Special Issue
- Ümummilli Lider Heydər Əlıyev Siyasətində Ermənistandan (Qərbi Zəngəzur) 1991-Ci İldə Deportasiya Ed...
Ümummilli Lider Heydər Əlıyev Siyasətində Ermənistandan (Qərbi Zəngəzur) 1991-Ci İldə Deportasiya Edilmış Nüvədi Qaçqınlarına Maddi-Mənəvi Dəstək Məsələsi
Authors : əsəd QURBANLI
Pages : 291-297
View : 37 | Download : 29
Publication Date : 2023-08-26
Article Type : Research Paper
Abstract :Məqalə Zaqafqaziya MİK tərəfindən 1927-1929-cu ildə Zəngəzurun Nüvədi kəndinin Ermənistan SSR-ə verilməsi və Azərbaycanla Naxçıvan arasında Meğri inzibati vahidin yaradılması və kənd sakinlərinin 1991-ci ildə ermənilər tərəfindən zorakı deportasiyasından bəhs edir. Kənd əhalisinin 3 il ərzində ermənilərə qarşı göstərdiyi dirənişi, onların tarixi yurdlarından qovulması və bu illərdə Naxçıvan Ali Məclisinin sədri olmuş Ümummilli lider Heydər Əliyevin nüvədililərə göstərdiyi siyasi, maddi-mənəvi köməklik, eyni zamanda onların yenidən öz kəndlərinə qaytarılıb təhlükəısiz şəraitdə yaşamaları üçün böyük dövlət xadiminin göstərdiyi səylər geniş təhlil edilmişdir.Müəlif həmçinin Sovetlər dönəmində ədalətsiz şəkildə Ermənistana verilmiş, bu türk kəndinin deportasiya edilməsindən sonra böyük şəxsiyyətin, Heydər Əliyevin Nüvədiylə bağlı qarar və önləmlərini, nüvədililərə verdiyi yüksək dəyər və qiymətli fikirlərini olduğu kimi çatdırmaq, kəndin Ermənistana verilməsi və deportasiyası tarixini araşdırmaqdır.Keywords : Heydər Əliyev, Azərbaycan, Ermənistan, Nüvədi, deportasiya