- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:10 Issue:2 Special Issue
- Rus-Muhacirət Ədəbiyyatı (Mühacirətdə Fəaliyyət Göstərən Rus-Demokrat Ədibi Mühiti)
Rus-Muhacirət Ədəbiyyatı (Mühacirətdə Fəaliyyət Göstərən Rus-Demokrat Ədibi Mühiti)
Authors : Alish Agamirzayev
Pages : 454-463
View : 28 | Download : 129
Publication Date : 2024-01-12
Article Type : Research Paper
Abstract :Rusiya mühacir ədəbiyyatının zəngin irsinə malikdir. Bir sıra mütəxəssislər hesab edir ki, rus dilində yazılmış ən qiymətli əsərlər məhz mühacirətdə yazılmışdır. Hazırkı məqalədə iyirminci əsrin əvvəllərində rus mühacir ədəbiyyatının təşəkkülü, buna səbəb olan amillər, iyirminci əsrdə rus mühacir ədəbiyyatının inkişafı xüsusiyyətləri, sosial ideyaların rus ədəbiyyatına təsiri, mühacirət ədəbiyyatının ideoloji-siyasi istiqaməti araşdırılır.Tədqiqatda rus mühacir ədəbiyyatının hər üç dalğasının xüsusiyyətləri, ədəbi mübarizə üsulları təhlil olunur. Mühacirət yazıçıları milli-mənəvi dəyərləri, tarixi yaddaşı qoruyub saxlamaq və milli kimliyi qoruyub saxlamaqla onun nəsillər arasında körpünün məhv edilməsinin qarşısını almaq üçün mühacirətin əsas vəzifəsi hesab edirdilər. Digər tərəfdən, dünyanı rus ictimai fikri və mədəniyyəti ilə tanış etməyi özlərinə borc bilirdilər. Rus mədəniyyətinin daşıyıcısı və müdafiəçisi kimi çıxış edən mühacir ziyalılar üçün bütün dövrlərdə rus ideyasına xidmət edərək rus milli-mənəvi dəyərlərinin qorunub saxlanması əsas meyar olmuşdur. Rus milli ideyasını öz əsərlərində ifadə etməyə çalışan ədəbiyyat xadimləri bir çox hallarda düşüncə konflikti, imperiyaçılıq, velikorusluq kimi mövqelərini də göstərirdilər. Sovet ideologiyasının “buxovlarında” boğulan rus ideyasına xidmət etmək, bu ideyanı xilas etmək və inkişaf etdirmək onların tarixi missiyası oldu.Keywords : Mühacirət Ədəbiyyatı, Rus Mühacirəti, Mühacirət Dalğaları, Mühacirətin Mahiyyəti, Milli Mühacirət, Mühacirətdə Ədəbiyyat