- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:10 Issue:2 Special Issue
- Azərbaycanda Kitabxana Mütəxəssislərinin Profesional Vərdişlərinin Formalaşmasında Dövri Elmi Nəşrlə...
Azərbaycanda Kitabxana Mütəxəssislərinin Profesional Vərdişlərinin Formalaşmasında Dövri Elmi Nəşrlərin Rolu (Bakı Dövlət Universiteti İnformasiya-sənəd menecmenti fakültəsi alimlərinin əsərlərinin elmmetrik təhlili)
Authors : Aygün İsgandarova
Pages : 485-491
View : 45 | Download : 73
Publication Date : 2024-01-12
Article Type : Research Paper
Abstract :Ölkəmizdə informasiya cəmiyyəti quruculuğu sahəsində uğurlu dövlət siyasəti, qəbul olunmuş Dövlət Proqramları və hüquqi-normativ sənədlər elmdə islahatlar çərçivəsində elmi fəaliyyətin müasir informasiya-kommunikasiya texnologiyaları (İKT) əsasında yenidən qurulması və inkişaf etdirilməsi məsələlərini zəruri edir. Elmi fəaliyyətdə və elmin idarə edilməsi məsələlərində İKT-nin tətbiqi respublikada elm sahəsindəki islahatların prioritet sahələrindən olaraq e-elm çərçivəsində reallaşdırılır. İKT-nin imkanlarından geniş istifadə etməklə elmi fəaliyyətin müasir tələblərə uyğun qurulması və inkişaf etdirilməsi, idarəetmənin təkmilləşdirilməsi, milli elmi informasiya fəzasının formalaşdırılması nəticəsində təşkilatların, kollektivlərin və alimlərin qarşılıqlı sıx əlaqəsinə və tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsinə və dünya elmi məkanına inteqrasiyasına nail olunur. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya (indiki İnforma-siya və sənəd menecmenti) fakültəsinin professoru X.İ.İsmayılov peşəkar mütəxəssislərin hazırlanması ilə yanaşı, 1997-ci ildə “Kitabxanaşünaslıq və biblioqrafiya” elmi-təcrübi jurnalını təsis edərək onun fəaliyyətini təşkil etmiş və uzun müddət Azərbaycanda yeganə sahəvi elmi jurnal olaraq yüksək peşəkarlığı ilə fərqlənmişdir. 2010-cu ildə professor A.A.Xələfov “Kitabxanaşünaslıq və informasiya” adlı elmi təcrübi jurnalı təsis etdi və az bir müddətdən sonra jurnalın ilk nömrəsi işıq üzü gördü.Keywords : Sahəvi elmi nəşrlər, elmi jurnallar, elmmetrik təhlil, kitabxanaşünas mütəxəssislər