- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:10 Issue:2 Special Issue
- 1920-ci ilin Aprel İşğalı Dövründə Azərbaycanın və Sovet Rusiyasının Hərbi Gücünün Nisbəti...
1920-ci ilin Aprel İşğalı Dövründə Azərbaycanın və Sovet Rusiyasının Hərbi Gücünün Nisbəti
Authors : Mehman Süleymanov
Pages : 620-633
View : 75 | Download : 252
Publication Date : 2024-01-12
Article Type : Research Paper
Abstract :1920-ci il aprel ayının 27-də bolşevik Rusiyasının XI ordusu sürətli bir hücumla Azərbaycan ərazilərini işğal etdi və Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Bu işğalın qısa bir zamanda baş verməsinin hərbi səbəbi bu məqalədə təhlil edilmişdir. Bir sıra tədqiqatçıları bu gün də düşündürən belə bir sual mövcuddur: Nə üçün Azərbaycan əraziləri Rusiyanın XI ordusu tərəfinən çox böyük sürətlə işğal edildi? Azərbaycan Xalq Cümhu¬riyyəti bu işğalın qarşısının alınması üçün yetərli hərbi müqavimət gücünə malik idi, ya yox? Nə üçün kifayət qədər gücə maik olan Azərbaycan Ordusu bu işğalın qarşısını ala bilmədi? Həmin suala cavab tapılması üçün Azərbaycan Xalq Cümhuriyyətinin hərbi gücü, aprel işğalı ərəfəsində Azərbaycanın hərbi qüvvələrinin vəziyyəti və fəaliyyəti bu məqalədə konkret faktlar əsasında araşdırılmışdır. Məqalədə Azərbaycan Ordusunun təşkili və aprel işğalı ərəfəsində ölkənin şimal sərhədlərinin mühafizəsində dayanan milli hərbi qüvvələrin say tərkibi, habelə Azərbaycanın işğalına cəlb edilmiş bolşevik qüvvələrinin say tərkibi, bu qüvvələrin təchizat imkanları və bütünlükdə tərəflərin qüvvələri nisbəti tədqiq edilmişdir.Keywords : müstəqillik, ordu, hərbi güc, sərhəd mühafizəsi, XI Qırmızı Ordu, işğal