- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:10 Issue:2 Special Issue
- Qətran Təbrizinin “Divan”ında “rənglər” və onların məna çalarları
Qətran Təbrizinin “Divan”ında “rənglər” və onların məna çalarları
Authors : Gövhərxanım Nağıyeva
Pages : 650-676
View : 57 | Download : 113
Publication Date : 2024-01-12
Article Type : Research Paper
Abstract :Bu məqalədə XI əsr şairi Qətran Təbrizinin “Divan”ında işlənən rəng adları və onların çalarlarından istifadə üsulu araşdırılmışdır. Hətta Qətran Təbrizinin “Divan”ını XI əsrdə fars dilində işlənən əksər rəng adlarının qiymətli mənbəsi adlandırmaq olar. “Divan”da tezlik baxımından qırmızı, sarı, qara və yaşıl rənglərinə çox təsadüf olunur. Məlum olduğu ki, rənglərin hər birinin öz mənası vardır. Şair rəngin köməyi ilə qəzəb, qorxu, sevgi, eşq və s. kimi hiss-həyəcanlarını ifadə edir. Bu məqalədə Qətran Təbrizinin istifadə etdiyi rənglər haqqında araşdırma aparmışıq. Məna çaları yaratdığı maraqlı birləşmələrdən “qırmızı göz yaşı”, “qara ürək”, “(aşiqin) göy qəlbi”, “yaşıl baş”, “qara hicran”, “qara baş”, “yaşıl gor”, “qara sünbül”, “qara ay”, “qara hava”, “qırmızı düşmən”, “sarı qan”, “sarı ay”, “yaşıl qaradərili” və s. göstərmək olar. “Divan”da işlənən rəngləri quruluş baxımından sadə, düzəltmə və mürəkkəb olaraq üç hissəyə bölünmüşdür. Şairin işlətdiyi rəng adları yaranma baxımından üç hissəyə bölünmüşdür: Bəzək və cəvahir adlarından düzələn rənglər (yaqut, mina, mirvari, mərcan, əqiq, gümüş, firuzə və s.), gül adlarından düzələn rənglər (gülnar, lalə, bənövşə, ərğəvan), digər adlardan yaranan adlar (atəş, ayna, mey, gecə, su, şərab və s.)Keywords : Qətran Təbrizi, Divan, qırmızı, sarı, qara