- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:10 Issue:2 Special Issue
- Cümhuriyyətin yaranması ərəfəsində Şimali Azərbaycanda ictimai siyasi proseslər və İranın mövqeyi (f...
Cümhuriyyətin yaranması ərəfəsində Şimali Azərbaycanda ictimai siyasi proseslər və İranın mövqeyi (fevral 1917-ci il – may 1918-ci il)
Authors : Sevinc Məmmədova
Pages : 677-687
View : 140 | Download : 290
Publication Date : 2024-01-12
Article Type : Research Paper
Abstract :Təqdim olunan məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu (28 may 1918-ci il) ərəfdə Şimali Azərbaycanda gedən siyasi proseslərə İranın rəsmi dairələrinin münasibəti təhlil olunur. I Dünya müharibəsi və 1917-ci ildə çar Rusiyasında baş vermiş inqilabi hadisələr Şimali Azərbaycana da öz təsirini göstərdi. 1917-ci il Fevral inqilabından sonra öz fəaliyyətini bərpa etmiş “Müsavat” partiyasının başçılığı altında Azərbaycan milli hərəkatı Rusiyada demokratik federativ respublika yaradılması və Azərbaycana onun daxilində milli-ərazi muxtariyyəti verilməsi uğrunda mübarizəyə başlamışdı. Qeyd olunan dövrdə İran hakimiyyəti Cənubi Qafqazda, o cümlədən Şimali Azərbaycanda cərəyan edən prosesləri diqqətlə izləyir, regionda baş verən hadisələrin İranın cənubuna sirayət etməsinin qarşısını almaq üçün müəyyən cəhdlər göstərirdi. Bəhs olunan dövrdə İranın Azərbaycanla bağlı mövqeyi və fəaliyyəti daha çox bu ölkənin ictimai və siyasi dairələrinin, mətbuatının Azərbaycandakı ictimai-siyasi hadisələrə münasibətində özünü biruzə verirdi. Onların diqqətini cəlb edən əsas məsələ Azərbaycanın müxtariyyəti məsələsi idi. Azərbaycanın milli demokratik qüvvələri tərəfinən “Azərbaycanın muxtariyyəti” məsələsinin gündəmə gətirilməsi ilk gündən İranda böyük əks-səda doğurdu. İranın Cənubi Qafqazda fəaliyyət göstərən diplomatlarının yazışmalarında, eləcə də bu ölkənin müxtəlif mətbu orqanlarında Azərəbaycan müxtariyyəti ideyası kəskin tənqid olunurdu. Məqalədə bununla bağlı bir çox materiallar öz əksini tapmışdır.Keywords : Şimali Azərbaycan, İran, inqilab, siyasi vəziyyət, İran mətbuatı