- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:10 Issue:6
- 1905-1906-ci illərdə Zəngəzur hadisələri: səbəblər, hadisələr barədə erməni mətbuatının yaydığı yala...
1905-1906-ci illərdə Zəngəzur hadisələri: səbəblər, hadisələr barədə erməni mətbuatının yaydığı yalan və böhtanlar
Authors : Bahtiyar Hasanov
Pages : 2570-2581
Doi:10.46868/atdd.2023.639
View : 41 | Download : 136
Publication Date : 2024-01-23
Article Type : Research Paper
Abstract :XIX-XX əsrin əvvəllərində Cənubi Qafqazda çar Rusiyasının həyata keçirdiyi müstəmləkəçi idarəçilik sisteminə qarşı əhali arasında başlayan narazılıqlar sonradan kütləvi etirazlara səbəb oldu. Bu etirazların qarşısını almaq üçün çar hökuməti əraziyə XIX əsrin əvvəllərindən köçürüb gətirdiyi xristian erməniləri silahlandıraraq bölgədə Türk-müsəlman əhalisinə qarşı bir soyqırımı aktı həyata keçirdi. Mənbələrdə göstərilir ki, çar hökumətinin bölgənin idarəçiliyinə təyin etdiyi məmurlar bu kütləvi qırğınlara qarşı çox etinasız yanaşmış və cinayətkar dəstələrin üzvləri barədə heç bir tədbir görməmişdir. Bunu dövrün mənbələrinin verdiyi məlumatlarda aydın görmək olur. Bununla yanaşı çar hökuməti Cənubi Qafqazda ermənilərin əlində olan çoxlu mətbuat vasitələrindən istifadə edərək ermənilərin törətdiyi cinayətləri ört bastır etmiş, bəzən isə bu cinayətləri qəsdən Türklərin törətməsi barədə yalan şaiyələr yayaraq dünya ictimaiyyətini aldatmağa çalışmış ki, bir çox halda buna nail ola bilmişdir. Erməni terror dəstələri Zəngəzur bölgəsində Azərbaycan Türklərini qətlə yetirməklə bərabər əhalinin mal-mülkünü də talan edərək ələ keçirmişlər.Keywords : Zəngəzur, 1905 1906 cı illər, çar Rusiyası, erməni yalanları, mətbuat