Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri
Authors : Leyli Hamidova
Pages : 695-706
Doi:10.46868/atdd.2024.681
View : 86 | Download : 274
Publication Date : 2024-04-02
Article Type : Research Paper
Abstract :Azərbaycan 1991-ci ildə öz müstəqilliyini əldə etdikdən sonra Qərb ölkələri ilə faydalı əməkdaşlıq , mehriban qonşuluq və dinc yaşamaq prinsiplərini prioritet qəbul edərək beynəlxalq müstəvidə geniş fəaliyyətə başladı. Bu kontektsdə Avropa İttifaqı ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın iqtisadi maraqlarının təmin olunması və həmçinin siyasi müstəvidə faydalı əməkdaşlığı ehtiva edirdi. Azərbaycanın Aİ ilə əməkdaşlıqda qarşıya qoyduğu əsas məqsəd milli iqtisadiyyatın Avropanın iqtisadi məkanlarına tam inteqrasiyanı həyata keçirməkdən ibarət idi. İkitərəfli münasibətlərin inkişafında əhəmiyyətli sazişlərin bağlanması, enerji və nəqliyyat əməkdaşlığının dərinləşdirilməsi və həmçinin regional əməkdaşlığın inkişafında əhəmiyyətli addımlar atılsa da, Aİ-nin ikili standartlar mövqeyi və demokratikləşmə, insan haqları, azadlıqların etibarlı təminat mexanizmin formalaşdılrılması və s. kimi məsələlərdə Aİ-nin Azərbaycanın suveren hüquqlarına müdaxiləsi münasibətlərin istənilən səviyyədə inkişafını ləngitdi. Məqalədə Azərbaycan – Avropa İttifaqı münasibətlərinin təkamülü, ziddiyyətli məqamları, mövcud vəziyyəti və perspektivləri ələ alınmışdır.Keywords : Şərq tərəfdaşlığı, Bakı təşşəbüsü, Yeni İpək yolu, Avropa Qonşuluq siyasəti, Cənubi Qaz Dəhlizi