- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:11 Issue:1
- Kitabxana-İnformasiya Fəaliyyətinin Müasir Menecmentinin Bəzi Məsələləri
Kitabxana-İnformasiya Fəaliyyətinin Müasir Menecmentinin Bəzi Məsələləri
Authors : Sevda Khalafova, Zahida Tofiq Rzayeva
Pages : 344-354
Doi:10.46868/atdd.2024.664
View : 89 | Download : 170
Publication Date : 2024-04-02
Article Type : Research Paper
Abstract :Mədəni insan cəmiyyətinin yaranmasından başlayaraq kitabxanalar da yaranmış və tarixin mextəlif mərhələlərində informasiya xidmətinin forma və metodlarını dəyişdirsə də əsas məqsəd və vəzifələrini qoruyub saxlamış və proqressiv missiya yerinə yetirmişdir. Kagızın meydana gəlməsi, kitab çapı texnologiyasının kəşfi bu prosesə nə qədər əsaslı təsir etmişdisə, kompüterləşmə və rəqəmsallaşma bir oqədər təsir etmiş və inkişafımızın yeni mərhələsini səciyyələndirmişdi. Mədəni cəmiyyətin ilk komponenti mədəniyyətdir və əgər mədəniyyət yoxdursa deməli mədəni cəmiyyətdə yoxdur. Kitabxanalar isə mədəni cəmiyyətin tarixi yaddaşı və hər bir tarixi dövrün elmi informasiya proseslərinin təşkilatçısıdır. Məhz bu konsepsiyaya əsaslanaraq mövzunun təhlili tarixi müqaisəli metoda əsaslanır. XXI əsrin çagırışları olaraq kitabxanalar yeni funksiyaları öz üzərinə götürür, elmi kitabxanalar, kütləvi kitabxanalar, uşaq kitabxanalarında forma və məzmunca yeni fəaliyyət istiqamətləri formalaşır. Məqalədə bu, yeni istiqamətlərin təsnifatı və perespektivlərini təhlil etməyə çalışmışıq. Eləcə də kitabxanaların institutlaşmış sosial müəssisə olaraq üzərinə götürə biləcək funksiyaların daha da artacagı tendensiyalar məqalədə öz əksini tapır. Eləcə də , cəmiyyətin informasiyalaşması prosesində kitabxanaların institutlaşmış müəssisələr olaraq əhəmiyyəti və inisiativ alması imkanları da müzakirə edilir. Eləcədə, kitabxanaların XXI əsrdə üzərinə götürəcəyi tarixi missiya təhlil olunur və müasir dövrümüzün tələbləri çərçivəsində metrik fəaliyyətin əhəmiyyəti, kitabxanaların bu sahədə təcrübəsi, sürətli və etibarlı informasiya xidmətinin təşkili məsələləri müzakirə olunur.Keywords : XXI əsrin kitabxanaları, yeni funksiyalar, elmi kitabxanalar, kütləvi kitabxanalar, uşaq kitabxanaları