- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:11 Issue:1
- XXI əsrin əvvəllərində Türkiyə Cümhuriyyətinin regional təşkilatlarda fəaliyyətinin Güney Qafqaz və ...
XXI əsrin əvvəllərində Türkiyə Cümhuriyyətinin regional təşkilatlarda fəaliyyətinin Güney Qafqaz və Mərkəzi Asiyanin təhlükəsizliyinin təminatinda rolu
Authors : Elvin Həsənov
Pages : 725-735
Doi:10.46868/atdd.2024.684
View : 24 | Download : 140
Publication Date : 2024-04-02
Article Type : Research Paper
Abstract :XXI əsrin əvvəllərində Türkiyə Cümhuriyyətinin xarici siyasətində Cənubi Qafqaz və Mərkəzi Asiya bölgəsində sülhün və təhlükəsizliyin təmin olunması əsas prioritet məslələrdən biri idi. Türkiyə region dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq etməklə yanaşı, həmçinin regional təşkilatlarda da öz fəaliyyətini davam etdirməkdədir. Xüsusilə də Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda baş verən münaqişələr və qeyri-sabitlik zamanı türk diplomatiyası regional təşkilatlarda öz ədalətli mövqeyini ortaya qoyaraq bölgədə sülhün, təhlükəsizliyin və dövlətlərin ərazi bütövlüyünün təmin olunması prinsipini dəstəkləmişdir. Digər tərəfdən Türkiyə Cənubi Qafqaz və Mərkəzi Asiyadan keçən enerji xətlərinin təhlükəsizliyini təmin etmək və region ölkələri ilə iqtisadi-ticarət əlaqələrin genişləndirmək siyasıtini qarşısına məqsəd qoymuşdur. Həmçinin çevrə dövlətləri ilə normal qonşuluq əlaqələri quraraq dövlət təhlükəsizliyinin təmin edilməsi Türkiyənin xarici siyasətində prioritet məsələlərdən hesab olunur. Türkiyə Cümhuriyyəti dünyada və bölgədə baş verən mövcud siyasi proseslər fonunda Cənubi Qafqaz respublikalarının ərazi bütövlüyünü və suverenliyin tanıyaraq bütün beynəlxalq və regional təşkilatlarda bölgədə mövcud olan etnik-siyasi münaqişlərin dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həll olunmasının tərəfdarı olmuşdur. Həmçinin Türkiyə Cümhuriyyəti regional təşkilatlar çərçivəsində Mərkəzi Asiya regionunda baş verən münaqişələrin sülh və dövlətlərin suveren təhlükəsizliyi prinsipi əsasında həll olunmasını davamlı olaraq dəstəkləməkdədir.Keywords : Türkiye, bölgesel örgütler, Güney Kafkasya, Merkezi Asya