- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:11 Issue:1
- Ermənistanın İşğal və Blokada Siyasətinin Naxçıvan Muxtar Respublikasının Sosial-İqtisadi İnkişafına...
Ermənistanın İşğal və Blokada Siyasətinin Naxçıvan Muxtar Respublikasının Sosial-İqtisadi İnkişafına Təsirləri (1991-1993-cü İllər)
Authors : Rena U. Qurbanova
Pages : 745-759
Doi:10.46868/atdd.2024.686
View : 48 | Download : 144
Publication Date : 2024-04-02
Article Type : Research Paper
Abstract :Məqalədə XX əsrin 90-cı illərində Ermənistanın yürütdüyü işğal və blokada siyasətinin Azərbaycanın Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatına təsirləri araşdırılmışdır. Həm iqtisadi, həm də sosial sahədə yaranmış problemlər, əhalinin üzləşdiyi çətinliklər, onların aradan qaldırılması istiqamətində atılan addımlar ayrı-ayrılıqda təhlil edilmiş, o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olmuş görkəmli dövlət xadimi Heydər Əliyevin bu istiqamətdə fəaliyyətləri mötəbər mənbələr əsasında tədqiq edilmişdir. Bu məqsədlə araşdırmalar zamanı ən müxtəlif ümumi və xüsusi tədqiqat metodlarından, o cümlədən tarixi genetik, kontent analiz metodlarından istifadə edilmişdir. Belə nəticəyə gəlinmişdir ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində ölkə səviyyəsində yaranmış iqtisadi və sosial böhran Naxçıvan Muxtar Respublikasına, o cümlədən buradakı əhalinin iqtisadi vəziyyətinə və sosial statusuna ciddi təsirlər göstərmişdir. Ermənistanın hərbi təcavüz siyasəti və blokada tətbiq etməsi Naxçıvan Muxtar Respublikasının energetika, nəqliyyat və digər sahələrdə böyük iqtisadi potensialına ciddi zərbə vurmuşdur. Lakin Naxçıvan əhalisi həm iqtisadi, həm də sosial şərtlərin ağırlığına təmkinlə yanaşmış, Ermənistanın hərbi təcavüzünə qarşı mərdliklə dayanmışdır.Keywords : Naxçıvan, işğal, blokada, sosial, iqtisadi, böhran