Azərbaycanın Qarabağ zəfərinə gedən yolu
Authors : Hikmet Abdullayev
Pages : 859-872
View : 96 | Download : 403
Publication Date : 2024-06-07
Article Type : Review Paper
Abstract :XX əsrin sonlarında Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edərək beynəlxalq hüququn prinsiplərini pozmuş və Azərbaycana qarşı hərbi təcavüz həyata keçirmişdir. Bununla da Azərbaycanın Qarabağ bölgəsində ermənilər tərəfindən 20 faiz ərazilər işğal olunmuş, Ermənistanın Azərbaycan türklərinə qarşı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox insan dogma torpaqlarını tərk etmək məcburiyyətində qalmışdır. Təəssüflər olsun ki, 30 illik bir dövr ərzində (1991-2020-ci illər) erməni işğalının aradan qaldırılması məqsədi ilə Azərbaycan beynəlxalq müstəvidə həyata keçirdiyi siyasi və diplomatik danışıqlar nəticəsiz qalmış, hətta BMT Təhlükəsizlik Şurasında erməni işğalına son qoymaq məqsədilə qəbul edilmiş 822, 853, 874 ve 884 sayılı qətnamələr icra olunmamışdır. Keçən bu dövr ərzində Azərbaycan Respublikasının beynəlxalq müstəvidə nüfuzunun güclənməsi, davamlı şəkildə həyata keçirilən hərbi-siyasi islahatlar, ordu quruculuğunda əldə olunan böyük uğurlar işğal olunmuş torpaqların azad edilməsi zərurətini ortaya çıxarmışdır. Bunun nəticəsində Azərbaycanın 2020-ci ildə Qarabağ bölgəsində həyata keçirdiyi 44 günlük hərbi əməliyyatlar (27 sentyabr-9 noyabr/2020) nəticəsində erməni işğalına son qoyulmuşdur. Məqalədə, mənbə və elmi əsərlərə istinad edilərək Azərbaycanın Qarabağ Zəfərinə gedən uzun yolda hərbi-siyasi proseslərə ümumi nəzər yetirləcək, II Qarabağ Müharibəsinin səbəb nə nəticələri araşdırılacaq və müharibədən sonra Qarabağda başlanan Böyük Qayıdış prosesi tədqiq olunacaqdır.Keywords : Azərbaycan Respublikası, Prezident Ilham Əliyev, erməni işğalı, II Qarabağ Savaşı, Qarabağ Zəfəri