- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:11 Issue:2
- Ərazinin coğrafi xüsusiyyətlərinin diyarşünaslıq cəhətdən öyrənməsi
Ərazinin coğrafi xüsusiyyətlərinin diyarşünaslıq cəhətdən öyrənməsi
Authors : Elnare Seyidova
Pages : 1417-1424
View : 57 | Download : 134
Publication Date : 2024-06-07
Article Type : Research Paper
Abstract :Coğrafi diyarşünaslıq müasir ümumtəhsil məktəblərində tədris və tərbiyə işinin praktikasında formalaşmaqla təşkilati və metodik işlərin intensivləşdirilməsinin səmərəli pedaqoji vasitələrindən biri kimi qəbul edilir. Diyarşünaslığın müasir inkişafı dövrü onun elmi-pedaqoji problemlərinin tədqiqi ilə səciyyələnir və bu istiqamətdə bir çox işlər görülmüşdür. Yaşadığımız ərazidə hərtərəfli fiziki-coğrafi və iqtisadi-coğrafi tədqiqatların aparılması diyarşünaslıq işinin mürəkkəb məsələlərindən biridir. Bu vəzifə təkcə tələbələrin yaşadıqları ərazinin təbii şəraitinin (relyef, geoloji quruluş, torpaqları, bitki örtüyü və s.) hərtərəfli öyrənmək deyil, həm də onları təbii-ərazi kompleksi kimi tədqiq etməklə, onun təbii inqrediyentləri arasındakı əlaqəni və qarşılıqlı asılılığı aşkar etməkdən ibarətdir. Bu işdə ərazi istehsalının planlaşdırılması, iqtisadiyyatı və təşkili, istehsal münasibətləri, əhalinin sosial şəraiti məsələlərini ətraflı öyrənən tələbələr iştirak edir. Kompleks diyarşünaslıq tədqiqatları tematik ekskursiyaların, görüşlərin, xalq təsərrüfatı mütəxəssisləri ilə söhbətlərin təşkili, tələbələrin elmi-tədqiqat, axtarış, uyğun ədəbiyyatların, yerli dövri mətbuatın, yerli planlaşdırma orqanlarının materialları və s. ilə ətraflı tanış olması nəticəsində həyata keçirilir.Keywords : Coğrafi diyarşünaslıq, fiziki coğrafi, iqtisadi coğrafi, yerli materiallar, öyrənmə