Ailə Milli-Mənəvi Dəyər Kimi
Authors : Shahnaz Abdullayeva
Pages : 1122-1126
View : 49 | Download : 207
Publication Date : 2024-06-07
Article Type : Review Paper
Abstract :Milli dəyərlər hər bir cəmiyyətin və millətin həyat psixologiyasını özündə ehtiva edən ənənələr toplusudur. Bu, həmin millətin təşəkkül tarixi, psixologiyası və yaşam qayəsi üçün əsas mənbədir. Bu baxımdan milli dəyərlər, xalqın düşüncə keçmişini, hal-hazırkı və gələcək yönünü formalaşdıran bir genofond kimi fəaliyyət göstərir. Hər bir millətin milli dəyərləri onun milli mənəviyyatının əksini təşkil edir. Milli dəyərlərə milli ideologiya, tarix, dil, mədəniyyət, ədəbiyyat, əxlaq və ailə kimi mənəvi sərvətlər aid edilir. Milli dəyərlərin əsasını təşkil edən dəyərlərdən biri də ailə dəyərləridir. Ailə kiçik dövlətdir, eyni zamanda, aid olduğu dövlətin milli dəyərlərini əks etdirən kiçik cəmiyyətdir. Bu məqalədə ailə dəyərləri milli və mənəvi dəyərlərin inikası kimi təhlil olunur.Keywords : milli dəyərlər, ailə, qadın, cəmiyyət, dövlət, əxlaq