- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:11 Issue:2
- Professor Abuzər Xələfov Elmi Məktəbinin Davamçıları (Kitabxanaşünas alim P. Kaziminin 65-illik yubi...
Professor Abuzər Xələfov Elmi Məktəbinin Davamçıları (Kitabxanaşünas alim P. Kaziminin 65-illik yubileyi münasibəti ilə)
Authors : Alish Agamirzayev, Alemdar Bayramov
Pages : 1272-1279
View : 183 | Download : 102
Publication Date : 2024-06-07
Article Type : Research Paper
Abstract :XX əsrin 20-30-cu illərində Əliəjdər Seyidzadə Azərbaycanda milli kitabxanaşünaslıq elmi fikrinin ilk addımlarını atmış, bu sahədə ilk məqalələr dərc etdirmişdir. 1947-ci ildən Bakı Dövlət Universitetində ali kitabxanaçılıq təhsilinə başlanılmış, 1962-ci ildə universitetdə Kitabxanaçılıq fakültəsi yaradılmışdır. Fakültənin ilk dekanı professor Abuzər Xələfov bu sahədə fundamental elmi əsərlər yazdı ve Azərbaycanda kitabxanaşünaslıq elmi məktəbini yaratdı və formalaşdırdı. Təqdim olunan məqalə Abuzər Xələfov elmi məktəbinin nüfuzlu nümayəndələrindən, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Kaziminin elmi-pedaqoji fəaliyyətini əks etdirir. Məqalədə alimin çoxcəhətli elmi fəaliyyəti, o cümlədən, monoqrafiyaları, elmi məqalələri və hazırladığı çoxsaylı tədris ədəbiyyatı, eləcə də informasiya mühəndisliyi elmi nəzəriyyəsi istiqamətində irəli sürdüyü fikirlər təhlil edilir.Keywords : Professor A Xələfov, dosent P Kazimi, elmi məktəb, informasiya mühəndisliyi, Azərbaycan kitabxanaları