- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:11 Issue:2
- 1978-79-cu illər İran İnqilabından Sonra Güney Azərbaycan Ziyalıları
1978-79-cu illər İran İnqilabından Sonra Güney Azərbaycan Ziyalıları
Authors : Samed Bayramzadeh, Ayten Rahimova
Pages : 1323-1341
View : 110 | Download : 113
Publication Date : 2024-06-07
Article Type : Research Paper
Abstract :1978-1979-cu illərdə Pəhləvi şahlıq rejiminə qarşı inqilabi proseslərə qoşulan Güney Azərbaycan ziyalılarının siyasi baxışları sonradan yeni islam rejiminin qurulması ilə hakimiyyətə gəlmiş dini-klerikal dairələrin mövqelərini dəstəkləməklə məhdudlaşmamışdı. Belə ki, İran İslam Respublikasının sərt daxili siyasəti, təqiblər və edamlar, xüsusilə də XX əsrin 80-ci illərin sonlarından etibarən İranda siyasi repressiyaların güclənməsi ilə Güney Azərbaycan ziyalıları mübarizələrini siyasi müstəvidən daha çox milli-mədəni müstəviyə daşımışlar. Ziyalılar məhdud şərait və çətinliklərə baxmayaraq, milli düşüncələrini xalqa ədəbiyyat, incəsənət, mədəniyyət yolu ilə çatdırmağa, qorumağa və inkişaf etdirməyə çalışırlar. 1979-cu ildən bu günə İran siyasətində və dini həyatında kifayət qədər böyük nüfuza malik olan Güney Azərbaycanın din xadimləri, siyasi fiqurları ictimai fikirdə ciddi rol oynamağa başlayırlar. Bir çox ziyalı İranda qurulmuş yeni sistemə müxalifliyini qurucu və siyasi mühacirət həyatını seçməklə büruzə vermişlər. Bu məqalədə həmin dövrün siyasi proseslərinin analizi, İran İslam İnqilabında və repressiyaların gücləndiyi şəraitdə Güney Azərbaycan ziyalılarının mübarizəsi, həm siyasi, həm də milli-mədəni müstəvidə tədqiq edilmiş, eyni zamanda siyasi və ictimai təşkilatları araşdırılmışdır.Keywords : ziyalılar, Güney Azərbaycan, İran, milli hərəkat, inqilab, azadlıq