- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:11 Issue:2
- XVIII yüzilliyin Sonu – XX yüzilliyin Əvvəllərində Quba Bölgəsində Metalişləmə Sənətkarlığının Tarix...
XVIII yüzilliyin Sonu – XX yüzilliyin Əvvəllərində Quba Bölgəsində Metalişləmə Sənətkarlığının Tarixindən
Authors : Günay Həsənova
Pages : 1388-1403
View : 22 | Download : 85
Publication Date : 2024-06-07
Article Type : Research Paper
Abstract :Cənubi Qafqazın təbii filiz yataqları ilə zəngin olması Azərbaycanın digər bölgələrində olduğu kimi, Quba bölgəsində də metalişləmənin bir sıra sahələrinin yaranmasına, intişar və inkişafına əlverişli şərait yaratmışdır. Metalişləmə ustaları dinc dövrdə əsasən məişət və kənd təsərrüfatı alətləri, müharibə təhlükəsi yarandıqda isə müxtəlif növ döyüş silahların istehsalı ilə məşğul olmuşdular. XVIII yüzilliyin sonu – XIX yüzilliyin əvvəllərində metalişləmənin dəmirçilik, nalbəndlik, misgərlik, silahsazlıq, zərgərlik, sikkəsazlıq kimi sahələri geniş yayıldığı halda, XIX yüzilliyin sonlarına doğru, əsasən də Rusiyadan gətirilən nisbətən ucuz məişət əşyaları, alətlər və s. geniş yayılması nəticəsində, bir sıra sənətkarlıq sahələri tənəzzül etməyə başlamışdı. Amma lap XX yüzilliyin əvvəllərində də bəzi sənətkarlıq sahələri yaşayıb inkişaf etməkdə idi.Keywords : Şimali Azərbaycan, Quba bölgəsi, sənətkarlıq, metalişləmə, dəmirçilik, nalbəndlik, misgərlik, zərgərlik