- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:11 Issue:2
- Bakının azad edilməsi mövzusu “Azərbaycan” qəzetinin səhifələrində
Bakının azad edilməsi mövzusu “Azərbaycan” qəzetinin səhifələrində
Authors : Gülnarə əliyeva
Pages : 1442-1455
View : 27 | Download : 121
Publication Date : 2024-06-07
Article Type : Research Paper
Abstract :1918-ci il may aynın 28-də dövlət müstəqilliyi elan edildikdən dərhal sonra Azərbaycan hökuməti ilə Osmanlı dövləti arasında dostluq müqaviləsi imzalandı. 1918-ci il iyun ayının 4-də Batumda imzalanmış həmin müqavilənin 4-cü maddəsində nəzərdə tutulmuşdu ki, zərurət yarandığı halda Azərbaycan Xalq Cümhuriyyətinə hərbi kömək göstəriləcəkdir. Cümhuriyət hökuməti yaranmış mürəkkəb hərbi-siyasi şəraitdə bu imkandan yararlanaraq hərbi kömək göstərilməsi üçün Osmanlı dövlətinə rəsmi şəkildə müraciət etdi. Həmin müraciətə əsasən Azərbaycana məhdud sayda Osmanlı hərbi qüvvələri göndərildi. Bu qüvvələrlə Azərbaycanın mövcud milli hərbi qüvvələrinin bazasında Qafqaz İslam Ordusu yaradıldı. Qafqaz İslam Ordusunun Azərbaycann ərazi bütövlüyü uğrunda apardığı mübarizənin zirvəsini 1918-ci il sentyabr aynın 15-də Bakı şəhərinin erməni-bolşevik və yad qüvvələrdən azad edilməsi təşkil edirdi. Bakı şəhərinin yad qüvvələrdən azad edilməsi tarixinin öyrənilməsi üçün Azərbaycan hökumətinin rəsmi mətbu orqanı olan “Azərbaycan” və “Azerbaidjan” qəzetlərinin səhifələrində də maraqlı məlumatlar mövcuddur. Hazırkı məqalə də Bakı şəhərinin Qafqaz İslam Ordusu tərəfindən azad edilməsi ilə bağlı “Azərbaycan” və “Azerbaidjan” səhifələrində getmiş məlumatların təhlilinə həsr edilmişdir.Keywords : Azərbaycanın müstəqilliyi, Qafqaz İslam Ordusu, Bakı şəhərinin azad edilməsi, Cümhuriyyət mətbuatı, milli hərbi qüvvələr