- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:11 Issue:3
- Fevral İnqilabından Sonrakı Dövrdə Qafqaz Alman Əhalısının Muxtariyyət Uğrunda Mübarizəsi...
Fevral İnqilabından Sonrakı Dövrdə Qafqaz Alman Əhalısının Muxtariyyət Uğrunda Mübarizəsi
Authors : İkram Ağasiyev
Pages : 1521-1541
View : 36 | Download : 76
Publication Date : 2024-11-06
Article Type : Research Paper
Abstract :Hər bir xalq öz tarixi, mədəniyyəti və adət-ənənələri ilə bənzərsizdir, təkrarolunmazdır. Rusiyada 250 il, Qafqazda 140 il yaşayan almanların keçdiyi tarixi yol həm bəşəriyyət üçün, həm də region xalqları üçün faciəli və ibrətamiz dərs oldu.Təqdim olunan məqalənin mövzusu istər Azərbaycan, istərsə də Dünya tarixi nöqteyi-nəzərindən əhəmiyyət kəsb edir.Belə ki, Qafqaz alman koloniya¬larının tarixi ümumilikdə və almanların muxtariyyət uğrunda mübarizəsi problemi ayrıca həm Azərbaycan, həm də Qafqaz tarixinin bir hissəsidir və bu problemin tədqiq olunması Qafqaz regionunun, o cümlədən Azərbaycanın Fevral inqilabından sonrakı dövr tarixinin bütöv elmi – obyektiv mənzərəsinin yaranmasına xidmət edə bilər. Təəssüflər olsun ki, bu vaxta qədər Qafqaz alman əhalisinin muxtariyyət uğrunda mübarizəsinin tarixi istər Azərbaycan, istərsə də xarici ölkə tarixşünas¬lığında lazımi səviyyədə araşdırılmamış, nəticədə məsələ ilə bağlı bir sıra vacib nüanslar 1917-1918-ci illər çərçivəsində tədqiqat aparan tarixçilərin nəzərindən kənarda qalmışdır.Məqalədə ilk dəfə olaraq 1917-ci ilin fevralından 1918-ci ilin martınadək dövrdə Qafqaz alman əhalisinin öz milli mədəniyyəti, hüquqları uğrunda apardığı mübarizə geniş arxiv sənədləri əsasında işıqlandırılır, baxılan məsələyə dair yeni-yeni faktlar elmi dövriyyəyə daxil edilir ki, bu da məqalənin elmi yeniliyini təşkil edir.Keywords : Fevral inqilabı, alman kolonistləri, Azərbaycan, Qafqaz, muxtariyyət