Əxlaqi və Hüquqi Reallıq Mədəniyyət Sistemində
Authors : Gulnare Yusifova
Pages : 1630-1644
View : 38 | Download : 184
Publication Date : 2024-11-06
Article Type : Research Paper
Abstract :Tarixin bütün dövrlərində mənəvi-hüquqi reallıq həmişə diqqət mərkəzində olub. Mənəvi-hüquqi şüur mənəvi-hüquqi reallığın əksi kimi çıxış edir. Qeyd olunur ki, ictimai şüurun bir forması olan əxlaqi-hüquqi şüur əxlaqi mədəniyyətin tərkib hissəsi kimi böyük əhəmiyyət kəsb edir. Məqalədə əxlaqi reallıq və əxlaqi şüur, onun insanın azadlığında, müstəqilliyində, sosial və mənəvi məsuliyyətində hansı rol oynadığı təhlil edilir. Müəllif qanunda hüquqi reallığı və hüquqi şüuru, azadlığı, bərabərliyi, ədaləti üzə çıxarır. Məqalədə ümumbəşəri dəyərlər formasında hüquqi reallıq və hüquqi şüur tərəfindən cəmiyyətin idarə olunmasında hüquqi tərbiyənin əsas prinsipləri açıqlanır. Müəllif hüquqi məsuliyyəti və onun mənəvi mədəniyyət sistemindəki rolunu ətraflı açır. Məqalədə belə bir nəticəyə gəlinir ki, mənəvi-hüquqi reallıq mədəniyyət sisteminin tərkib hissəsi və cəmiyyətin idarə olunmasında mənəvi amillərdən biridir.Keywords : əxlaq, hüquq, reallıq, mədəniyyət, dəyər, cəmiyyət, məsuliyyət