- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:11 Issue:3
- Azərbaycan Respublikasının Regional Səviyyədə Ətraf Mühitin Mühafizəsi
Azərbaycan Respublikasının Regional Səviyyədə Ətraf Mühitin Mühafizəsi
Authors : Fəqan Tahirli
Pages : 1814-1823
View : 26 | Download : 359
Publication Date : 2024-11-06
Article Type : Research Paper
Abstract :Məqalədə Lənkəran-Astara iqtisadi rayonunda ətraf mühitin mühafizəsində qorunan ərazilərin rolu barədə məlumat verilir. Qorunan ərazilərə turizmin inkişafına diqqət yetirmək rayonların iqtisadi və sosial tərəqqisinə təsiri xüsusi əhəmiyyət kəsb edir. Qoruqlar və dövlət təbiət yasaqlıqları növ müxtəlifliyini yox olmaqdan xilas edir, ölkənin və bütün dünyanın təbii irsini qoruyur. Qoruqların və dövlət təbiət yasaqlıqlarını mühafizə rejimi suyun, təmiz havanın saflığını təmin edir və digər həyati ehtiyatlara qənaət edir, eynizamanda insanların həyatı üçün sağlam ətraf mühitin formalaşır. Təbiət qoruqlarının və dövlət təbiət yasaqlıqlarının bazasında yaradılmış biosfer modelləri insanın təbiətlə harmoniyada inkişafının mümkünlüyünü nümayiş etdirir. Təbiət qoruqlarına və dövlət təbiət yasaqlıqlarına bitişik ərazilərin iqtisadiyyatı üçün vəsaitlərin cəlb edilməsi, ilk növbədə, ekoloji turizmin, ekoloji cığırların və marşrutların inkişafı ilə xarakterizə olunur. Cənub bölgəsinə turizm axının davamlı olması üçün ətraf mühitin mühafizəsi olduqca önəmli və aktual bir əhəmiyyət kəsb edir. Turizm axını yerli əhalinin iqtisadi durmuna müsbət təsir göstərdiyi danılmaz bir faktdır.Keywords : Ətraf mühitin mühafizəsi, davamlı inkişaf, ekologiya, meşələrin qorunması