- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:11 Issue:3
- İrəvan Xanlığının Yaşayış Məntəqələri və Əhalisi (İ.İ.Şopenin «Erməni vilayətinin Rusiya imperiyasın...
İrəvan Xanlığının Yaşayış Məntəqələri və Əhalisi (İ.İ.Şopenin «Erməni vilayətinin Rusiya imperiyasına birləşdirilməsi dövrünün tarixi abidəsi» adlı əsəri əsasında)
Authors : Bəxtiyar əhmədov
Pages : 1940-1949
View : 28 | Download : 62
Publication Date : 2024-11-06
Article Type : Review Paper
Abstract :1828-ci ildə Türkmənçay, 1829-cu ildə isə Ədirnə sülh sazişləri bağlandıqdan sonra Rusiya imperiyası İrəvan xanlığının ərazisində qondarma “erməni vilayəti” yaratdı və Qacarlar dövləti və Osmanlı imperiyasında yaşayan erməniləri Azərbaycan torpaqlarına, o cümlədən Azərbaycanın İrəvan xanlığının ərazisinə köçürməyə başladı. Daha sonra çar Rusiyası tərəfindən əhalinin siyahıyaalınması aparıldı. 1829-cu ildə qraf Paskeviç-Erivanskinin tapşırığı ilə İvan Şopen Erməni vilayətində kameral siyahıyaalma keçirmişdir. bu siyahıyaalmanın nəticələri müəllifin 1852-ci ildə nəşr edilən “Erməni vilayətinin Rusiya imperiyasına birləşdirilməsi dövrünün tarixi abidəsi” (“Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи” əsərində verilmişdir. Siyahıyaalmada əhali sayı, məskunlaşmış və dağıdılmış kəndlər göstərilir: Dövrün statistik məlumatlarına görə “Erməni vilayəti”ndə ümumilikdə 1111 kənd qeydə alınıb. Bunlardan 521 kənd yaşayış üçün yararlı olub, 310 kənd isə tam xarabalığa çevrilib. Lakin boş qalan və dağıdılmış 410 kəndin əhalisi nəzərə alınmayıb. Məqalədə, “Erməni vilayəti”ndə İvan Şopenin keçirdiyi kameral si¬ya¬hı¬yaal¬ma əsasında İrəvan xanlığının yaşayış məntəqələri və əhalisi müqayisəli şəkildə təhlil edilmişdirKeywords : İrəvan xanlığı, Çar Rusiyası, erməni köçü, erməni vilayəti, siyahıyaalma, İ Şopen