- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:11 Issue:3
- Türkdilli Dövlətlərin Əməkdaşlığının Hərbi Aspektləri
Türkdilli Dövlətlərin Əməkdaşlığının Hərbi Aspektləri
Authors : Aybəniz Rüstəmova
Pages : 1990-2011
View : 12 | Download : 10
Publication Date : 2024-11-06
Article Type : Review Paper
Abstract :Təqdim olunan məqalə postsovet dövründə Avrasiya məkanında siyasi və iqtisadi inteqrasiya proseslərinin tədqiqinə, Türk Dövlətləri Təşkilatının bu inteqrasiya proseslərindəki roluna, türkdilli dövlətlərin əməkdaşlığının hərbi aspektlərinə və hərbi ittifaq ideyası ətrafında elmi müzakirələrin araşdırlmasına həsr edilmişdir. Siyasi və iqtisadi inteqrasiyanın davamı olaraq TDT dövlətlərinin suverenliyinin və müstəqilliyinin qorunması, separatizmlə mübarizə, iqtisadi layihələrin, neft və qaz kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi, terrorizm, silah qaçaqmalçılığı, narkotiklərin qanunsuz dövriyyəsi və s. bu kimi təhlükələr üzv dövlətlərin birgə, əlaqələndirilmiş hərbi əməkdaşlığını zəruri edir. Türk dövlətlərinin hər birinin böyük hərb tarixi var və onlar tarixən yerləşdikləri siyasi coğrafiyanın həm siyasi, həm də hərbi oyunçuları olmuşlar. Bu dövlətlərin hərbi ittifaq yaratmaq ehtimalı ərazisində türkdilli xalqların yaşadığı İran, Rusiya və Çin kimi böyük və imperiya ənənələrinə malik qonşu dövlətləri xüsusilə narahat edir. Ona görə də türkdilli dövlətlərin hərbi və müdafiə sahəsində əməkdaşlığı çox vaxt Turan ordusunu yaratmaq cəhdi kimi dəyərləndirilir. Təqdim olunan məqalədə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hərbi sahədə əməkdaşlığı, vahid türk ordusunun yaradılması və bu sahədə meydana çıxan bir sıra məsələlərin öyrənilməsi nəzərdə tutulur.Keywords : Turan ordusu, hərbi təlimlər, Şuşa bəyannaməsi, Aselsan, Mərkəzi Asiya Təhlükəsizlik İttifaqı