- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:11 Issue:4
- Azərbaycanın Beyləqan Şəhərinin Erkən Orta Əsrlər Tarixi Ərəbdilli Mənbələrdə
Azərbaycanın Beyləqan Şəhərinin Erkən Orta Əsrlər Tarixi Ərəbdilli Mənbələrdə
Authors : Şahlar Şərifov
Pages : 2167-2180
Doi:10.46868/atdd.2024.698
View : 39 | Download : 105
Publication Date : 2024-09-22
Article Type : Research Paper
Abstract :Tarixdə qədim dövlətləri ilə tanınan Azərbaycanın, şəhərlərinin tarixi də qədimdir. Azərbaycanın qədim şəhərlərindən biri də Beyləqan şəhəridir. Tarixi və coğrafi mövqeyinə, iqtisadi əhəmiyyətinə görə Beyləqan orta əsrlərdə Azərbaycanla yanaşı, Yaxın və Orta Şərqin də məşhur şəhərlərindən biri olmuşdur. Ərəbdilli müəlliflərindən Belazuri, əl-İstəxri, Yaqubi, Teberi, Əsəm əl-Kufi, Feqih, İbn Xordadbeh, İbn Havqəl, el-Muqeddesi və başqaları Beyləqan haqqında ətraflı məlumat vermişlər. Ərəbdilli müəlliflərin verdikləri məlumatlardan aydın olur ki, şəhərdə bir çox məşhur alimlər yaşamışdır. Onlardan Mucir əl-Beyləqanini, Əbu Əhməd Zəki ibn Həsən ibn Ömər əl-Beyləqanini, Şəmsəddin Əbu Tahir Zəki ibn Hüseyn ibn Ömər əl-Beyləqanini, Müəyyinəddin Əbu Əli Əyyub ibn Əhməd ibn əl-Əziz əl-Beyləqanini, Əbul-Fərəc Məsud ibn Əhməd ibn Mahmud əl-Beyləqanini, Əbu Cəfər Məhəmməd ibn Həsən əl-Beyləqanini, Əbdülməlik ibn Əhməd ibn Əbdülməlik ibn Əbdikan əl-Beyləqanini, Əbul-Fəzl Hibətullah ibn Əbul-Qasım ibn Hibətullah ibn Yaqub əl-Beyləqanini qeyd edə bilərik. Mənbələrdə beyləqanlı yazarların nisbəsinin “əl-Beyləqani” kimi də yazıldığının şahidi oluruq. Ərəbdilli mənbələrdə Beyləqan böyük, məhsuldar, hasarlarla əhatələnmiş, strateji baxımdan əhəmiyyətli bir şəhər kimi qeyd olunur. Digər şəhərlər kimi Beyləqan şəhəri də yerli feodallar və gəlmə ərəblər tərə¬findən idarə edilirdi. Feodalların bəziləri əldə etdikləri gəlirləri sələmə verərək bö¬yük gəlir toplayırdılar. Feodalların torpağında yaşayan və torpağı becərən kəndli¬lər¬dən torpaq vergisini mübaşirlər toplayırdılar.Keywords : Azərbaycan, Raşidi xəlifələri, ər Ran, Beyləqan, Ömər ibn Xəttab, Osman ibn Əfvan, Salman ibn Rəbiə