- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:11 Issue:4
- Azərbaycanda Ukrayna diasporunun inkişafı tarixindən
Azərbaycanda Ukrayna diasporunun inkişafı tarixindən
Authors : Xatirə Qəhrəmanova
Pages : 2320-2326
Doi:10.46868/atdd.2024.708
View : 46 | Download : 81
Publication Date : 2024-09-22
Article Type : Review Paper
Abstract :Azərbaycan Respublikasını birləşdirən azərbaycançılıq ideyası müs¬təqil¬liyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurul¬masına xidmət edir. Əgər Rusiya İmperiyası və Sovetlər birliyi dövründə Azərbaycanda yaşayan slavyan xalqlarının nümayəndələri özlərini rus adlandırırdılarsa, 1989-cu il siyahıyaalması zamanı artıq bu qrupda ukraynalıların özünü identifikasi¬yasında güclənmə nəzərə çarpırdı. XIX əsrin sonlarında Rusiya İmperiyasında sənayenin inkişafı və yeni torpaqların mənimsənilməsi prosesi zamanı, Azərbaycan da daxil olmaqla Qafqazda əhalinin güclü miqrasiyası baş verdi. Köç edənlərin böyük qismi Ukrayna ərazisindən idi. Yüzillik boyu ukraynalılar öz dillərini, adət-ənənələrini, mədəniyyətlərini saxlamağa çalışmış, özlərinin tarixi vətəni – Ukrayna ilə əlaqələri saxlamağa və inkişaf etdirməyə cəhd göstərmişlər. Rəsmi məlumatlara əsasən 1990-cı ildə Azərbaycandan Ukraynaya 12794 vətəndaş gedib, Ukraynadan isə 4355 nəfər gəlmişdir. Məqalədə Ukrayna xalqı ilə Azərbaycan xalqı arasında iqtisadi, mədəni və siyasi əlaqələrin tarixi faktlarına toxunulub.Keywords : Azərbaycan, Ukrayna, diaspora, tarix, ukraynalılar, Respublika