- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:11 Issue:4
- Ermənistan SSR-in Azərbaycan SSR-ə Qarşı Ərazi İddialarında Qaragöl Məsələsi
Ermənistan SSR-in Azərbaycan SSR-ə Qarşı Ərazi İddialarında Qaragöl Məsələsi
Authors : İkram Ağasiyev, Aybeniz Osmanova
Pages : 2497-2512
View : 71 | Download : 93
Publication Date : 2024-09-22
Article Type : Research Paper
Abstract :Məqalə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına həsr olunmuşdur. Müəlliflər qeyd edirlər ki, 1920-ci ilin yazında Azərbaycanda sovet hakimiyyəti quruldu. Ermənistanda isə sovet hakimiyyəti populyar deyildi. Ermənistanı öz siyasi blokuna cəlb etmək üçün Sovet Rusiyası ona yeni ərazilər vəd etdi. Yeni ərazilər dedikdə Azərbaycan əraziləri nəzərdə tutulurdu. 1920-ci ilin noyabrından başlayaraq Azərbaycan əraziləri mərhələ - mərhələ Ermənistan Sovet respublikasına verilməyə başladı. Azərbaycanın sərhəd bölgələrindən (Zəngəzur, Naxçıvan, Gədəbəy, Qazax, Tovuz və sair) ərazilərin bir hissəsi Ermənistanın tərkibinə verildi. Bütün bu proseslər Moskvanın diqtəsi ilə həyata keçirilirdi və Azərbaycandan razılıq alınmırdı.Azərbaycandan qanunsuz olaraq alınıb Ermənistana verilən ərazilərdən biri də Qaragöl və gölün ətrafındakı ərazilər olmuşdur. 1929-cu illərədək Azərbaycan ərazisi kimi tanınan bu torpaqlar 1930-cu illərdən SSRİ rəhbərliyinin göstərişi ilə Ermənistana verildi. Lakin Qaragöl ətrafında yaşayan Azərbaycan əhalisi Mərkəzin bu qərarı ilə razılaşmadılar və uzun illər öz torpaqları uğrunda mübarizə apardılar. 1991-ci ildə Ermənistan Qarabağı və Qaragöl ətrafı əraziləri tam işğal etdi. 2020-ci ildə Azərbaycan Ordusunun Ermənistan üzərində qələbəsindən sonra Qarabağ işğaldan azad olundu. 2021-ci ilin may ayında Azərbaycan Ordusu Qaragöl ətrafı əraziləri azad etdi və beləliklə, tarixi ədalət bərqərar oldu.Keywords : Qaragöl, Azərbaycan SSR, Ermənistan SSR, Zəngəzur, ərazi iddiaları