- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:11 Issue:5
- Azərbaycanın istiqlal mübarizəsi tarixində Mirzə Bala Məmmədzadənin ideoloji düşüncələri...
Azərbaycanın istiqlal mübarizəsi tarixində Mirzə Bala Məmmədzadənin ideoloji düşüncələri
Authors : Saida Mehraliyeva
Pages : 2933-2940
Doi:10.46868/atdd.2024.800
View : 49 | Download : 172
Publication Date : 2024-11-29
Article Type : Research Paper
Abstract :Azərbaycanda millətin və dövlətçiliyin formalaşmasında bir sıra mütəfəkkirlər, maarifçilər, aydınlar və onların əsas ideyaları mühüm rol oynamışdır. Bu qabaqcıl ideyalar millətin kimliyinin, hüquq və azadlıqlarının dərk edilməsində əsas rol oynamış, onu azadlıq, istiqlal uğrunda mübarizəyə ruhlandırmış və öz müstəqil dövlətinin yaradılmasında hərəkətverici qüvvəyə çevrilmişdir. Azərbaycan xalqının¸ gənclərinin istiqlal mübarizəsində mühüm rol oynamış şəxsiyyətlərdən biri, yüzlərlə məqalələrin müəllifi, öz əsərlərində xalqını daim müstəqilliyə səsləyən, onun mübarizə əzmini sınmağa qoymayan, azadlıq aşiqi Mirzə Bala Məmmədzadə olmuşdur. Məqalədə Mirzə Bala Məmmədzadənin Azərbaycan milli hərəkatında iştirakı, xalqın, millətin azadlığı, hüquqları, təhsili, istiqlal mübarizəsi ilə bağlı əsas ideya və düşüncələri öz əksini tapmış, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, dövlətin inkişafı və millətin formalaşması istiqamətində düşüncələri təhlil edilmişdir. Məqalədə Mirzə Bala Məmmədzadənin müstəqillik ərəfəsində Azərbaycan xalqının soyqırıma məruz qalması, türk qoşunlarının köməyi ilə Bakının azad edilməsi, sovet Rusiyasının Azərbaycanın müstəqilliyini həzm edə bilməməsi və işğal planları qurması və digər məsələlər ətrafında yazıları, əsərləri, fikir və düşüncələri əks olunmuşdur.Keywords : Mirzə Bala Məmmədzadə, istiqlal, milli hərəkat, mübarizə, Azərbaycan Xalq Cümhuriyyəti, işğal