- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:11 Issue:5
- Şəhabəddin Söhrəvərdinin “Əql-e Sorx” Əsərinin Tərcüməsi və Şərhi
Şəhabəddin Söhrəvərdinin “Əql-e Sorx” Əsərinin Tərcüməsi və Şərhi
Authors : Aygün Alizade
Pages : 3123-3144
Doi:10.46868/atdd.2024.811
View : 37 | Download : 55
Publication Date : 2024-11-29
Article Type : Research Paper
Abstract :Məqalədə Şəhabəddin Söhrəvərdinin (1155-1191) “Əql-e Sorx” əsərinin həm tərcüməsi, həm də təhlili verilmişdir. Söhrəvərdinin farsdilli irfani risalələri arasında bu əsərin özünəməxsus yeri vardır. Məqalədə əsərin quruluşu, süjet xətti, məzmunu, ideyası, obrazlar sistemi tədqiq olunmuşdur. Bu əsər də Söhrəvərdinin digər irfani əsərləri kimi rəmzi obrazlarla zəngindir. Əsər maraqlı süjet xəttinə malikdir. Əsər özünü şahin obrazında təqdim edən Söhrəvərdi və universal ağıl olan “Qırmızı ağıl”ın söhbətinə həsr olunmuşdur. Burada “Qırmızı ağıl” şahinə dünyanın yeddi qəribəliyi haqqında xəbər verir. Həmin yeddi qəribəlik bunlardır: Qaf dağı, gecəni işıqlandıran gövhər (Ay), Tuba ağacı (Günəş), on iki emalatxana, Davudun zirehi, Bəlarək qılıncı, dirilik suyu.Keywords : Əql, pir, quş, Simurğ, Qaf dağı