Ərəb Dilində Daxili Cəm Formaları
Authors : Dəmir Süleymanov
Pages : 3596-3616
Doi:10.46868/atdd.2024.832
View : 30 | Download : 69
Publication Date : 2024-11-29
Article Type : Research Paper
Abstract :Sınıq cəm formalarının az və böyük miqdar cəm, habelə sonsuzluğu ifadə edən cəm formaları kimi rəngarəng növlərə bölünməsi barədə bir qrup ərəb dilçiləri yazmışlar. Onlar, nəinki sınıq cəmin quruluşunu müəyyən etmiş, onların formalarını da taparaq tək halda olan isimlərdən əmələ gələn cəm hal qruplarına bölmüş və bütün bunları üç qrupda cəmləşdirmişlər. Digər qrup sabiq Sovet və ərəb dilçiləri sınıq cəm formalarını üç və beş hərfli formalara bölmüş və ya da belə bir bölümün yalnız adlarını qeyd etmişlər. Ümumən, dilçilər bu müxtəlifliklər barədə fərqli fikirlər irəli sürürlər və bildirirlər ki tədqiqat işimizdə sınıq cəm formaları qeyd olunmuş üç bölgü üzrə deyil, müəyyən ardıcıllıq əsasında sadədən mürəkkəbə doğru qruplaşdırılaraq izah olunmuşdur.Keywords : Klassik Dilçilik, Qrammatika, Cəm, Say, Ərəb Dilçiliyi, Kök Samitlər