- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:11 Issue:1 Special Issue
- COP29 və Türk Dünyası: Regional Birlik və Əməkdaşlıq Prosesinin Mediada Əksi
COP29 və Türk Dünyası: Regional Birlik və Əməkdaşlıq Prosesinin Mediada Əksi
Authors : Pervane İbrahimova
Pages : 35-46
Doi:10.46868/atdd.2024.847
View : 40 | Download : 72
Publication Date : 2024-12-16
Article Type : Review Paper
Abstract :Azərbaycanın COP29-a ev sahibliyi ölkənin qlobal iqlim siyasətindəki mövqeyini gücləndirməklə yanaşı, dayanıqlı inkişaf sahəsində strateji hədəflərini ön plana çıxarmışdır. Bu tədbir Azərbaycanın beynəlxalq diplomatiyada rolunu artıraraq bərpa olunan enerji sahəsindəki təşəbbüsləri və qlobal iqlim dəyişikliyi ilə mübarizədəki səylərini nümayiş etdirmişdir. Bu konteksdə Şuşada 2024-cü ilin iyul ayında keçirilmiş Türk Dövlətləri Təşkilatının Zirvə görüşü Türk dünyasında həmrəyliyi möhkəmləndirmiş və iqlim dəyişikliyi, yaşıl enerji, dayanıqlı inkişaf sahələrində əməkdaşlığın artırılması üçün yeni imkanlar yaratmışdır. Bişkekdəki 11-ci Zirvə görüşündə bu xüsusda müzakirələr davam etdirilmiş, konkret fəaliyyət planları qəbul edilmişdir. COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşündə yaşıl enerji üzrə strateji əməkdaşlığa dair Saziş imzalanaraq regional enerji siyasətində yeni mərhələ başlanmışdır. Türk dünyasının iqlim siyasətindəki mövqeyi, bu əməkdaşlığın regional inkişaf və geosiyasi dinamikalara təsirləri media materialları əsasında tədqiq edilmişdir. Azərbaycanın bu təşəbbüslərdəki liderliyi, həm regional əməkdaşlığa, həm də qlobal iqlim siyasətinə mühüm töhfə vermişdir.Keywords : COP29, Türk dünyası, Azərbaycan