- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:11 Issue:1 Special Issue
- Beynəlxalq və Yerli İdman Kanalları: Əsas Elementlər, Gəlir Mənbələri və Sosial Təsir
Beynəlxalq və Yerli İdman Kanalları: Əsas Elementlər, Gəlir Mənbələri və Sosial Təsir
Authors : Aynur Nesirova
Pages : 47-56
Doi:10.46868/atdd.2024.848
View : 15 | Download : 53
Publication Date : 2024-12-16
Article Type : Research Paper
Abstract :Məqalədə tematik kanalların bir növü olan idman televiziyalarının özəllikləri araşdırılıb. 20-ci əsrdə bir sahə kimi formalaşan idman televiziyaları idmanla bağlı yenilikləri daha geniş auditoriyaya çatdırır, izləyicilərə operativ informasiya ötürür. Tamaşaçıya fərdiləşdirilmiş məzmun təqdim edən idman kanallarının media və ictimaiyyət üzərində təsiri danılmazdır. Bu gün dünyanın müxtəlif ölkələrində fərqli-fərqli telekanallar izləyicilərə idmanla bağlı kontent təklif edir. İdman yayımının əyləncə ötürməsi ilə yanaşı izləyicidə sosial təsir yaratması, davranışı yönəltməsi araşdırmalarla sübut edilib. Bu sahədə aparılan tədqiqatlar göstərir ki, idman proqramları həm milli, həm də qlobal kimliyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Məqalədə beynəlxalq və yerli idman televiziyalarının statistikası çıxarılıb, hər birinin özünəməxsus və oxşar tərəfləri təhlilə cəlb olunaraq ümumiləşdirmələr aparılıb. Tədqiqatın nəticələrinə görə, idman kanalları auditoriyanın idman təcrübəsinə olan yanaşmasına təsir göstərir. Canlı yayım, interaktiv platformalar və real vaxtda şərh kimi imkanlarla idman daha interaktiv hala gətirilir. Bu da onları eksklüziv yayım hüquqları və sponsorlar, liqalar və reklamçılar üçün böyük gəlir mənbəyinə çevirir. Məqalədə idman kanallarının idmanın qlobal fenomenə çevrilməsinə, idman oyunlarının qaydalarına təsiri, sosial və əyləncə funksiyaları, idman xəbərlərinin auditoriya ilə əlaqələri, izləyicilərin idman xəbərlərinə marağı, araşdırmaya cəlb edilib.Keywords : İdman Kanalı, İzləyici, Auditoriya, Multiplatform Yayım, İnteraktiv Ünsiyyət