- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:11 Issue:1 Special Issue
- Transnasional telekanalların tipoloji xarakterini formalaşdıran faktorlar (2000-2015-ci illər)
Transnasional telekanalların tipoloji xarakterini formalaşdıran faktorlar (2000-2015-ci illər)
Authors : Könül Niftəliyeva
Pages : 57-66
Doi:10.46868/atdd.2024.849
View : 16 | Download : 30
Publication Date : 2024-12-16
Article Type : Research Paper
Abstract :XX əsrin sonu və XXI əsrin başlanğıcında baş verən dəyişiklik və yeniləşmə prosesləri media aləmində daha çox hiss olundu. Jurnalistika, KİV sistemi yeni dövrə, yeni eraya keçdi. Məqalədə yeni əsrdə elektron jurnalistikanın yeni inkişaf dalğasına, elektron informasiya vasitələrinin digitallaşma prosesinə nəzər salınmışdır. Araşdırmada medianın yaradıcılıq xarakteri də dəyişilməsi, «məhəlli» jurnalistikada Qərb standartlarının formalaşması və tətbiq olunması təhlil edilmişdir. Beynəlxalq aləmdə transnasional mətbuatın, transnasional telesetlərin xarakterinə, onların hansı prinsiplərlə fəaliyyət göstərdiyi təhlilə cəlb etmək edilmişdir. Transnasional – qlobal telekanalların tipoloji xarakterinə və bu xarakteri formalaşdıran faktorlara diqqət edilmişdir. Çünki bu faktorların öyrənilməsi onların tətbiqinə və milli, məhəlli telekanalların beynəlxalq arenaya çıxmasına zəmin yarada bilər. Nəticə olaraq dünyanın informasiyaya möhtac olduğu dövrdə dünyanı məşğul edən, beynəlxalq mühitin maraq dairəsində olan informasiyaların əldə olunmasında və peşəkarlıqla ötürülməsində transmilli TV kanallarının çox ciddi yanaşdıqları bir fəaliyyət prinsipi olduğu qənaətinə gəlinmişdir.Keywords : TV, TV kanal, tipologiya, kütləvi informasiya vasitələri, kanal, transmilli