- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:11 Issue:1 Special Issue
- Şuşa zirvəsindən işıq saçan bədii söz sərrafı
Şuşa zirvəsindən işıq saçan bədii söz sərrafı
Authors : Allahverdi Məmmədli
Pages : 76-86
Doi:10.46868/atdd.2024.851
View : 21 | Download : 22
Publication Date : 2024-12-16
Article Type : Research Paper
Abstract :Məqalədə Azərbaycanın və bütün türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada doğulmuş, bədii söz sənətimizin sarsılmaz sütunu olan görkəmli yazıçı-dramaturq, mollanəsrəddinçi ədib Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılıq yolundan bəhs edilir. Əbdürrəhim bəy o şəxsiyyətlərdəndir ki, UNESCO-nun görkəmli şəxsiyyətlər siyahısına daxil edilmiş və 2020 -ci ildə anadan olmasının 150 illik yubileyi təntənə ilə qeyd edilmişdir. Məqalədə əsas məqsəd Əbdürrəhim bəy Haqverdiyevin ömür yolunu vərəqləmək, bədii yaradıcılığını eımi təhlilə cəlb etməkdir. Bu yaradıcılığın məziyyətlərini və özünəməxsus cəhətlərini araşdırmaqdır. Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan xalqının dəyər verdiyi görkəmli şəxsiyyətlərdən biridir. O, həyatını və yaradıcılığını Azərbaycan xalqının inkişafına, Azərbaycan dilinin qorunmasına sərf etmişdir. Millətini sivil görmək onun yaradıcılığının əsas qayəsi idi. Məqalədə Əbdürrəhim bəy Haqverdiyevin həyatı araşdırılır, yaradıcılığına nəzər salınır. Əsasən, mollanəsrəddinçi ədib kimi yaradıcılığı təhlil obyektinə çevrilir. Belə bir elmi nəticəyə gəlinir ki, Əbdürrəhim bəy Haqverdiyev ictimai həyatdan tutmuş məişət həyatınadək bütün məqamlarda azərbaycanlınlı yüksəkdə görmək arzusu ilə yazıb-yaratmışdır. O, əsərlərində mollanəsrəddinçiliyə daim sadiq qalmış, Vətənin azadlığına, xalqın oyanışına, müstəqil düşünməsinə, haqqı nahaqdan seçməsinə, ana dilinin geniş yayılmasına və qorunmasına səy göstərmişdir.Keywords : Şuşa, Əbdürrəhim bəy Haqverdiyev, “Molla Nəsrəddin”, vətən, millət, ana dili