- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:11 Issue:1 Special Issue
- İslam Məcmüəsi’ndə Əhməd Ağaoğlunun Dini-İdeoloji Görüşləri
İslam Məcmüəsi’ndə Əhməd Ağaoğlunun Dini-İdeoloji Görüşləri
Authors : Mahir Qəribov
Pages : 87-95
Doi:10.46868/atdd.2024.852
View : 39 | Download : 48
Publication Date : 2024-12-16
Article Type : Review Paper
Abstract :XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanın və türk dünyasının görkəmli ziyalılarından biri olan Əhməd bəy Ağaoğlu türk millətinin milli birlik və həmrəylik ideyasının əsas təbliğatçılarından biri olub. Onun türkçülük anlayışında soy, milli dil, din və mədəniyyət anlayışı ayrılmaz vəhdət şəklində öz əksini tapır. Ağaoğlu türk və İslam dünyasında məzhəb və təriqətçiliyi milli birlik və bütövlüyü pozması səbəbiylə tənqid edir. “İslam Mecmuası” jurnalındakı məqaləsində Ağaoğlu İslam dininin müasir cəmiyyət üçün əhəmiyyətini eyni zamanda, dini dəyərlərin insanların əxlaqi və davranış qaydalarına təsirini vurğulamış, İslamın təkcə bir inanc sistemi deyil, insanlığın təməli olduğunu bildirmişdir. Onun islam dini ilə bağlı yazıları dövrün siyasi, mədəni hadisələrini şərh edərkən verdiyi örnəklərdə öz əksini tapır. Ümumiyyətlə islam tarix boyu müsəlman xalqlarının inkişafında müsbət rol oynayıb və indi də bu xalqların müasir tərəqqisini ondan kənarda təsəvvür etmək mümkün deyildir.Keywords : Mətbuat tarixi, milli birlik ideyası, mətbuat azadlığı, “İslam Məcmuəsi” jurnalı, Əhməd bəy Ağaoğlunun jurnalistika görüşləri