- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:11 Issue:1 Special Issue
- Dünya Mediasının Müasir İnkişaf Meyilləri BMT-nin Fəaliyyəti Kontekstində
Dünya Mediasının Müasir İnkişaf Meyilləri BMT-nin Fəaliyyəti Kontekstində
Authors : Sabir Məmmədli
Pages : 96-107
Doi:10.46868/atdd.2024.853
View : 18 | Download : 48
Publication Date : 2024-12-16
Article Type : Review Paper
Abstract :Müasir dünya mediasında universallaşma, eyniləşmə prosesi getdikcə dərinləşir. Bu meyillər ilk növbədə beynəlxalq təşkilatların KİV və bütövlükdə informasiya sahəsində həyata keçirdikləri fəaliyyətlə bağlıdır. BMT, Avropa Şurası, ATƏT və digər dövlətlərarası təşkilatlar sistemli və məqsədyönlü şəkildə çoxsaylı media norma və prinsiplər hazırlayırlayıb dünya birliyinə təqdim edirlər və onların reallaşmasına çalışırlar. Qeyd etmək lazımdır ki, beynəlxalq təşkilatların müzakirəyə çıxarıb qəbul etdiyi ortaq dəyərlər özü-özlüyündə bir ideya xəzinəsidir və ondan yararlanmaq cəmiyyətin müasir inkişafına təkan verir. Ölkələr üçün tövsiyə və mütləq xarakterli olan qətnamə və qərarlar ümumbəşəri ideyaları özündə əks etdirməklə bərabər milli dəyərlərin qorunub saxlanmasını vacib hesab edir və bu prosesi dəstəkləyir. BMT və YUNESKO öz strukturlarında informasiya ilə iş üzrə çoxsaylı qurumlar yaratmışlar ki, bunlar bilavasitə KİV-in fəaliyyətini tənzimləyir və istiqamətləndirir. Bu baxımdan BMT-nin Düşüncə və İfadə azadlığı üzrə Xüsusi Məruzəçisi institutunun fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Hazırki dövrdə beynəlxalq təşkilatların əsas diqqəti media sahəsinə qair qəbul etdikləri qərarların dünyanın bütün bölgələrində reallaşmasına yönəlib.Keywords : Media, beynəlxalq təşkilatlar, insan haqları, söz azadlığı, ümumi prinsiplər