- Akademik Tarih ve Düşünce Dergisi
- Volume:11 Issue:1 Special Issue
- Əhməd Bəy Ağaoğlu-Cəmiyyətin Həyatında Jurnalistikanın Yeri və Rolu Haqqında
Əhməd Bəy Ağaoğlu-Cəmiyyətin Həyatında Jurnalistikanın Yeri və Rolu Haqqında
Authors : Rəhilə Kəsəmənli
Pages : 125-140
Doi:10.46868/atdd.2024.856
View : 14 | Download : 53
Publication Date : 2024-12-16
Article Type : Research Paper
Abstract :Cəmiyyətin həyatında jurnalistikanın mühüm rol oynadığını görən Əhməd bəy Ağaoğlu özü də bu sahədə çox böyük işlər görür. Mənsub olduğu cəmiyyətin insanlarını maarifləndirən böyük mütəfəkkir bunun üçün daim jurnalistikanın, qəzetlərin, jurnalların imkanlarından geniş istifadə edir. O vaxt Çar Rusiyasında hansısa bir mətbu orqanı təsis etmək demək olar ki, mümkünsüz bir iş idi. Lakin Avropada ali təhsil almış bir şəxsin orada qalmaq imkanları ola-ola Vətənə qayıtmasını əldə əsas tutaraq bütün çətinlikləri göz önünə aldığını və onları dəf etməyə hazır oldğunu görürük. Əhməd bəy Ağaoğlu jurnalistika ilə bütün ömrü boyu məşğul oldu. Daim bu tribunadan istifadə etdi. Əhməd bəy Ağaoğlunun hadisələrə münasibət tərzi də özünəməxsus idi. O, dövrün bir sıra jurnalistləri və publisistləri kimi yalnız cəmiyyətin eybəcərliyini açıb göstərmirdi. Eyni zamanda bundan çıxış yollarını da göstərirdi. Real mübarizə metodlarını, ondan istifadə üsullarını dönə-dönə öz məqalələrində əks etdirən Əhməd bəy gələcək nəsillərin bundan istifadə edəcəyi qənaətində idi. Həqiqətən də Əli bəy Hüseynzadə və onun tərəfindən əsası qoyulan, inkişaf etdirilən “türkləşmək, müasirləşmək, islamlaşmaq” fikri həm o zamankı, həm də bu günkü Azərbaycan, o cümlədən digər Türk dövlətləri üçün inkisaf və tərəqqi şüarına çevrildi.Keywords : ictimai-siyasi, ədəbi-bədii, ədəbi tənqi, mətbuat, cəmiyyət