- Milli Kültür Araştırmaları Dergisi
- Volume:7 Issue:2
- LEYLA ƏLİYEVA POEZİYASINDA ŞEİR VƏZNLƏRİNİN XÜSÜSİYYƏTLƏRİ
LEYLA ƏLİYEVA POEZİYASINDA ŞEİR VƏZNLƏRİNİN XÜSÜSİYYƏTLƏRİ
Authors : Salide Şerifova
Pages : 157-172
Doi:10.55774/mikad.1357425
View : 182 | Download : 184
Publication Date : 2023-12-29
Article Type : Research Paper
Abstract :Leyla Əliyeva bədii yaradıcılığında sərbəst şeir şəklinə, Avropa ədəbiyyatında formalaşan elegiyaya və s. nəzm janrlarına müraciət etməsi maraq doğurur. Leyla Əliyeva sərbəst şeir şəklində maraqlı nəzm nümunələri yaratmışdır. "Gedim bir az ağlayım”, "Nədən qəfil pis oldum?” kimi poetik nümunələri ana dilimizdə sərbəst şeir şəklində təqdim edilməkdədir. L.Əliyevanın sərbəst şeir formasında qələmə alınmış poetik nümunələr sərbəst şeir formasının fərqləndirici xüsusiyyətlərini özündə ehtiva etdiyindən sərbəst şeirin müxtəlif növlərində əksini tapmışdır. Şairin "Gedim bir az ağlayım” poetik nümunəsi ana dilimizdə sərbəst şeir şəklində təqdim edilir. Şeirdə eyni bölgülü, 7-lik bölgülü qafiyəli şeir müşayiət olunsa da, şair poetik formanın bəzi formal tələblərindən sərbəst şəkildə yararlanmışdır. Fərdi ovqatın poetik amala çevrilməsini əks etdirən şeirdə ardıcıl təkrarlanan bölgülər eyni heca sayına malikdir. Qafiyələnmə qaydasının sərbəst olması diqqətdən yayınmır: Ürəyimi gizlədim Yastıq altda saxlayım... Yoxsa, çölə tullayım? Yoxsa, gedim mən ağlayım. Avropa ədəbiyyatında formalaşan elegiya janrına müraciət etməsi Leyla Əliyevanın poetik yaradıcılığının janr baxımından zənginliyini əks etdirir. Birinci şәxsin dilindәn təqdim edilən, qarışıq kompozisiyaya malik olan elegiyaya L. Əliyevanın poetik yaradıcılığında rast gəlinməsi təqdirəlayiqdir. L.Əliyevanın qəmli düşüncələrini ifadə edən elegiya babası, Heydər Əliyevə həsr edilib. Şairin babasının ölümü ilə əlaqədar kәdәrini əks etdirən "Elegiya”sında doğma insanın itkisinin necə ağır olması kədər, qəm dolu poetik dillə çatdırılır. Dinlə kədərimin pıçıltısını Mən yaxşı bilirəm ayrılıq nədi!.. Küləklər könlümün qışqırtısını Kaş ki, kainata yaya biləydi. Şairin "Elegiya”sında yalnız Heydər Əliyevin cismən aramızdan ayrılması deyil, onun xalqın yaddaşında yaşaması da lirik misralara dönür.Keywords : Leyla Aliyeva, şiir, sanatsal yaratıcılık, şiir türleri, serbest şiir biçimi, eleji