- AKRA Kültür Sanat ve Edebiyat Dergisi
- Volume:12 Issue:33
- Sovet Hakimiyyətinin İlk İllərində Azərbaycan Mətbuatinda Türkiyə Mövzusu (“Kommunist” Qazeti Qaynaq...
Sovet Hakimiyyətinin İlk İllərində Azərbaycan Mətbuatinda Türkiyə Mövzusu (“Kommunist” Qazeti Qaynaqlarına Bir Baxış)
Authors : Namiq Ahmadov
Pages : 89-103
Doi:10.31126/akrajournal.1268487
View : 26 | Download : 33
Publication Date : 2024-05-31
Article Type : Research Paper
Abstract :Sovet dövrü Azərbaycan mətbuatında Türkiyə mövzusu ciddi maraq doğuran və populyarlıq qazanan mövzulardan olmuşdur. Təqdim edilən məqalədə də Sovet hökumətinin ilk illərində dövrün çox populyar mətbuat orqanlarında dərc edilən məqalə və xəbərlərdə türkçülüyə qarşı qısqançlıq meyllərinin olmasına baxmayaraq, Türkiyə və türkçülük haqqında yazıların ki-fayət qədər çox və əhatəli olması faktlarla təsdiq edilir. Eləcə də ölkənin baş mətbu orqanı olan “Kommunist” qəzetinin əlifba islahatının həyata keçirilməsində, Şərq xalqlarının və Türkoloji qurultayların informasiya-təbliğat işinin aparılmasında önəmli vasitə olması diqqətə çatdırılır. O da diqqətə çatdırılır ki, Elmlər Akademiyasının, ədəbi-bədii təşkilatların hələ formalaşmadığı illərdə redaksiya milli qüvvələri ətrafında toplayan mənəvi mərkəz rolunu oynamışdır. Amma bir məsələni də yaddan çıxarmaq olmazdı ki, qəzet, eləcə də “Kommunist” qəzeti orqanı olduğu rəhbər təşkilatın siyasətini yerinə yetirmək üçün təsis edilib və onun vəsaiti ilə nəşr olunurdu. Bununla belə qəzet milli təəssübkeşliyini unutmamış, coxsayli məqalələrdə milli dünyagörüşün qorunmasına çalışılmış və müntəzəm olaraq bunun cəzasını çəkmiş, ciddi tənqid və təqiblərə məruz qalmışdır. “Kommunist” qəzetində 1920-ci illərdə yer alan məqalələr Türkiyə-Sovet dostluğuna, Tür-kiyə ilə münasibətlərin gələcəyinə inam yaratmaqda idi. Təəssüf ki, sonralar məlum oldu ki, bunlar Türkiyəni kommunist yoluna gətirmək üçün Sovet dövlətinin daхili və хarici siyasətindən irəli gələn plan imiş. Təbii ki, bu plan baş tutmayanda repressiyalar başlandı və bu qəzetdən də yan keçmədi. Müəlliflərin “millətçilik”, “türkçülük” adı ilə təqibi başlandı. Faktlar var ki, “Kommunist” qəzetindəki “millətçilik yuvası”nı dağıtmaq üçün dəfələrlə çox yüksək səviyyədə ciddi tədbirlər həyata keçirilmişdir.Keywords : Kommunist qəzeti, Türkiyə Sovet dostluğu, Sovet dövrü, millətçilik, Türkçülük